Beynəlxalq Əmək Təşkilatının araşdırmasına görə, dünyada 73 milyonu təhlükəli işlərdə olmaqla, 150 milyon uşaq işçi var. Uşaq işçilərin ən çox olduğu aqrar sektordur- 70.9%. Növbəti yerlərdə xidmət və sənaye sektorları gəlir.

İş həyatının ən önəmli problemlərindən biri olan uşaqların işləməsi- “Əksər hallarda uşaqlığı yaşamağa imkan verməyən, potensiallarını və qayğılarını azaldan, fiziki və zehni inkişaf baxımından zərərli işlər” olaraq tanınır. İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının “Uşaq İşçilərin Qlobal Araşdırma Sənədi”nə görə, bütün dünyada 73 milyonu təhlükəli işlərdə olmaqla, hələ də 152 milyon(dünyada hər 10 uşaqdan biri)uşaq işçi var. Onların 88 milyonunu oğlan, 64 milyonunu qız uşaqları təşkil edir. Ən çox uşaq işçinin olduğu region siyahısında isə 19.6% göstərici ilə təəccüblü olmayan Afrika qitəsi ilk yerdədir. Sonrakı yerlərdə 7.4%-lə Asiya və Sakit okean ətrafı regionu, 5.3%-lə Amerika, 4.1%-lə Avropa, 2.9%-lə Orta Asiya və ərəb ölkələri qərarlaşıb.

Çalışdıqları sektorlara gəldikdə isə 70.9% aqrar, 17.2% xidmət və 11.9% sənaye sektoru təşkil edir.

Uşaq əməyini əsas siyasət sahələrindən biri kimi görən BƏT, 2025 hədəfinə yönəldilmiş siyasət və proqramlarla bağlı hesabatında, uşaq əməyinə hüquqi qaydalar və standartlar, sosial müdafiə, təhsil və layiqli iş imkanları ilə xitam veriləcəyini göstərir.