Çinin Şanxay şəhərinin rəhbərliyi sakinlərinin ictimai yerlərdə mütləq tibbi maska taxması haqqında rəsmi qərar imzalayıb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Belə yerlərə hava limanı, metro, ictimai nəqliyyat dayanacaqları, o cümlədən məktəblər, xəstəxanalar, mağazalar, ticarət mərkəzləri aiddir. Bundan başqa, ictimai yerlərə daxil olan zaman şəhər sakinlərinin temperaturu ölçüləcək.

Bu qərar koronavirus həyəcanı bitənə qədər davam edəcək.