Hollandiyanın paytaxtı Amsterdamda bələdiyyə böyük sərnişin gəmilərinin şəhərin mərkəzində lövbər salmasına qadağa qoyub.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, buna səbəb turistlərin sayını və ətraf mühitin çirklənməsini azaltmaqdır.

Siyasətçilər böyük gəmilərin şəhərin davamlılıq hədəfləri üçün uyğun olmadığını bildiriblər. Bu, paytaxtda kütləvi turizmin qarşısının alınması üçün həyata keçirilən sonuncu tədbirlərdən biri oldu.

 

Gözəl Həşimova