"Finlandiya ilə ABŞ arasında müdafiə sazişi Rusiya Federasiyası üçün təhlükə yaradacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Helsinkinin Vaşinqtonla müdafiə sazişi imzalamaq qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya əvvəllər əla münasibətləri olan Finlandiyadan yaranan təhlükədən təəssüflənir:

"Əlbəttə, bu Rusiya ilə Finlandiya arasında gərginliyin artmasına gətirib çıxaracaq. Bu baxımdan biz ancaq təəssüflənə bilərik. Finlandiya NATO-ya üzv olduqda və NATO-nun hərbi infrastrukturu artıq Finlandiyaya daxil olduqda, Rusiya tərəfi üçün bu, açıq-aydın təhlükə yaradacaq".

 

Gözəl Həşimova