Qazaxıstan ordusunda 25 polkovnik və 800 zabit də daxil olmaqla 12 mindən çox qadın əsgər xidmət edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxt Astanada ölkənin silahlı qüvvələrində xidmət edən qadın əsgərlərlə görüşüb.

Onun sözlərinə görə, onların arasında 6 min qadın müqaviləli hərbi qulluqçudur. 55 qadın əsgər isə dövlət mükafatlarına layiq görülüb.

 

Gözəl Həşimova