İnkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyinə uyğunlaşmaq üçün ildə 387 milyard dollara ehtiyac duyurlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) hesabatında deyilir.

Məlumata görə, iqlim dəyişikliyi bu il daha dağıdıcı və ölümcül hala gəlib.

Hesabata əsasən, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşmaq üçün 2030-cu ilə qədər ildə 215-387 milyard dollar sərmayəyə ehtiyacı var. Bu da beynəlxalq maliyyə axınından 10-18 dəfə çoxdur. Bildirilib ki, iqlim dəyişikliyinə uyğunlaşma istiqamətində irəliləyiş bütün cəbhələrdə yavaşlayıb.

Hesabatda qeyd olunub ki, son iki onillikdə iqlim dəyişikliyinə ən həssas olan 55 ölkə ümumi olaraq 500 milyard dollar itki ilə üzləşib.

 

Gözəl Həşimova