Bolqarıstan, Rumıniya və Türkiyə müdafiə nazirlərinin müavinləri Qara dənizdə mina əleyhinə hərbi dəniz qrupunun yaradılmasına dair anlaşma memorandumu imzalamaq barədə razılığa gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

İmza mərasiminin sabah İstanbulda baş tutacağı qeyd edilib.

Xatırladaq ki, Qara dənizdə mina əleyhinə hərbi dəniz qrupunun yaradılması ötən ilin avqustunda Türkiyə tərəfindən irəli sürülüb. Məqsəd Ukraynadakı hərbi əməliyyatlar fonunda dəniz yollarının təhlükəsizliyini təmin etmək və mina təhlükəsinə qarşı çıxmaqdır.