Küveyt Mərkəzi Bankı koronavirusa qarşı tədbirlər çərçivəsində əskinasları “karantinə” alır.

RİA Novosti-nin məlumatına görə, bu barədə ölkənin Mərkəzi Bankının saytında xəbər verilib.

Məlumatda deyilir ki, təkrar dövriyyə zamanı koronavirus təhlükəsinin qarşısının alınması üçün əskinaslar ən azı dörd həftə qapalı və təcrid olunmuş qutularda saxlanılacaq.

Küveyt Mərkəzi Bankından həmçinin bildirilib ki, həm bank işçilərinin, həm də ictimaiyyətin təhlükəsizliyini təmin etmək üçün xəzinənin, həmçinin pul sayma, çeşidləmə və qəbul etmə cihazlarının mütəmadi sterilizasiyası həyata keçirilir.