Çin hakimiyyəti nazirliklər, idarələr və dövlət orqanlarının məmurlarına "iPhone" və digər xarici istehsalçıların smartfonlarını rəsmi məqsədlər üçün istifadə etməyi qadağan edib.

Bu barədə İqtisadiyyat.az "The Wall Street Journal"a istinadən xəbər verir.

Bu qərar ölkədə xarici texnologiyalardan istifadəni azaltmaq və bununla da Çinin hüdudlarından kənara məxfi məlumatların sızmasını məhdudlaşdırılmaq məqsədi daşıyır. Bildirilib ki, əvvəllər də hakimiyyət müəyyən departamentlərdə "iPhone"dan istifadəyə məhdudiyyətlər tətbiq edib.

Əlavə edək ki, Çin Amerika istehsalçısı "Apple" üçün ən böyük bazarlardan biridir. Və bu qərarın şirkətin satışına ciddi təsir göstərəcəyi gözlənilir.

 

Gözəl Həşimova