Güclü şaxtalar səbəbindən Belarusda elektrik enerjisi istehlakında rekord səviyyə qeydə alınıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

“Yanvarın 8-də şiddətli şaxtalar səbəbindən ölkədə elektrik enerjisinin istehlakı rekord həddə – 6595 MVt-a çatıb ki, bu da ötən ilin dekabrın 8-də qeydə alınan maksimum göstəricidən 204 MVt çoxdur”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu ilin yanvar ayı Belarusda son üç ilin ən soyuq ayı hesab olunur.

 

Əli Ağayev