Cənubi Amerika ölkəsi Ekvadorun ən böyük dəstələrindən olan “Los Çoneros”un lideri Xose Adolfo Macias Villamar həbsxanadan qaçdıqdan sonra ölkədə 60 gün müddətinə fövqəladə vəziyyət və komendant saatı elan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ekvador prezidenti Daniel Noboa sosial media hesabından ölkənin ən böyük və təhlükəli dəstələrindən biri olan "Los Choneros"un rəhbəri ilə bağlı açıqlama verib.

Məlumata görə, bu qərar fərari başçının yerinin tapılmasına və daxili təhlükəsizliyin təmin edilməsinə imkan verəcək.

Xatırladaq ki, dəstənin lideri yanvarın 7-də saxlandığı Quayaquil həbsxanasından qaçıb. Onun rəhbərlik etdiyi "Los Çoneros" dəstəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi və ölkədəki əsas həbsxanalara nəzarət etməklə tanınır.

 

Gözəl Həşimova