Səudiyyə Ərəbistanının neft hasilatını artırması, üstəlik, koronavirusa görə bu təbii sərvətə ehtiyacın azalması dünya birjalarında mənzərəni dəyişib. Neftin qiyməti kəskin aşağı düşüb.

Hazırda “Brent” markalı neftin bir bareli təxminən 36 dollara satılır. Gün ərzində hətta 31 göstəricisi də qeydə alınmışdı.

Neftin qiymətinin aşağı düşməsi benzin bazarına təsisiz ötüşə bilməz. Türkiyədə bu amili nəzərə almağa başlayıblar. Qonşu, qardaş ölkədə benzinin qiymətinin aşağı salınması prosesi gedir. Konkret qiymətinin 82 kuruş (23 qəpik) endirilməsi planlaşdırılır.

İndiyə qədər benzinin 1 litri Ankarada 6,71 (1,87 manat), İstanbulda isə 6,63 lirəyə (1,85 manat) satılırdı.bizimyol