Hazırda bazarda 9800-dən çox kriptovalyuta mövcuddur. Kriptovalyutalar orta və yüksək risk tolerantlığı olan investorlar üçün cəlbedici bir fürsətə çevrilib. Onlar əsasən spekulyativdir, lakin inkişaf etməkdə olan bazarlar və yeni istifadə halları onların tam faydasını həyata keçirməyə kömək edir. Araşdırmalar göstərir ki, ilk 20 kriptovalyuta sektorun ümumi bazar kapitalının təxminən 90 faizini təşkil edir.

Bəs bu ilin ən yaxşı 5 kriptovalyutası hansılardır?

İqtisadiyyat.az bununla bağlı araşdırma aparıb.

Məlum olub ki, qlobal kriptovalyuta bazarının dəyəri bu gün 2,78 trilyon dollar təşkil edir.

Dünyada ən yaxşı 5 kriptovalyuta isə bunlardır:

1. Bitkoin
Bazar dəyəri 1,40 trilyon ABŞ dollarıdır. Bitkoinin qiyməti bu ilin mart ayında 73 min dollarla rekord səviyyəyə çatıb. Kriptovalyuta 2008-ci ildə yaradılıb.

Bitkoinin hazırda qiyməti 70,8 min dollardır.

2. Ethereum
Bazar dəyəri 456,2 milyard ABŞ dollarıdır. Ethereum 2013-cü ildə yaradılıb və 2014-cü ildə ictimaiyyətə təqdim edilib. 

Kriptovalyutanın qiyməti 3 801 dollar təşkil edir.

3. Tether 
Bazar dəyəri 112,3 milyard ABŞ dollarıdır. Tether və ya USDT bazarda ən görkəmli stabilkoindir. Stabilkoin dəyərini qorumaq üçün müəyyən bir aktivə bağlanır. Tether ABŞ dollarına bağlanır və bazarlar dəyişdikcə bir neçə sent dəyişə bilir. Bu kriptovalyuta 2014-cü ildə yaradılıb.

Tether hazırda 1000 dollara ticarət olunur.

4. BNB
Bazar dəyəri 103,5 milyard ABŞ dollarıdır. BNB dünyanın ən məşhur kriptovalyuta birjalarından biri olan Binance tərəfindən hazırlanaraq saxlanılan kriptovalyutadır. BNB sikkəsi Binance ekosistemində istifadə olunur ki, bu da sikkəyə güclü istifadə vəziyyəti və istifadəçi bazası verir. Bu kriptovalyuta 2017-ci ildə yaradılıb.

BNB-nin qiyməti 700 dollara yüksəlib.

5. Solana
Bazar dəyəri 79,4 milyard ABŞ dollarıdır. Solana (SOL) ağıllı müqavilə funksionallığı, əməliyyatların hesablanması və token buraxılışını təmin etmək üçün istifadə edilir. Bu kriptovalyuta 2020-ci ildə yaradılıb.

Hazırda bu kriptovalyuta 172,5 dollara ticarət edilir.

 

Gözəl Həşimova