İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin mart ayı üçün sayı təqdim olunub.

İqtisadiyyat.az xəbər veri ki, “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb.

Məlumat verilib ki, 2019-cu ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Bu ilin ilk iki ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərininin ixracından 2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. 2019-cu ilin fevral ayında isə “Azərkosmos” ASC dünyanın 14 ölkəsinə 952 min ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Nigeriya və Gürcüstandır.