“Vaqner” özəl hərbi şirkəti Böyük Britaniyada terror təşkilatları siyahısına daxil edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Rusiyanın muzdlu “Vaqner” şirkəti sentyabrın 6-da parlamentə təqdim edilən qanun layihəsinin qəbul edilməsi ilə bu gündən (15 sentyabr) terror təşkilatı kimi tanınıb. Şirkətə mənsub olmaq və ya fəal şəkildə dəstəkləmək Böyük Britaniyada cinayət məsuliyyəti yaradacaq və həmin şəxs 14 ilə qədər həbs cəzası ilə cəzalandırıla bilər", - Məlumatda qeyd edilib.