Bu gün qardaş Türkiyə Cümhuriyyətində Zəfər Bayramı qeyd olunur. Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-ölkəni yadelli işğalçılardan azad edilb və bu qələbə, tarixə Zəfər Bayramı kimi daxil olub.
Bu böyük tarixi zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsini ortaya qoyub.
30 avqust 1922-ci ildə Türkiyə Atatürkün başçılığı ilə Türkün böyüklüyünü, xarakterini nümayiş etdirib.
Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq Zəfər bayramı 1936-ci ilin may ayında elan olunub.
Türkiyənin Azərbaycandakı səfirliyində builki Zəfər bayramı ilə əlaqədar mərasim düzənlənib.(modern.az)