Bu gün Təhsildə Qiymətləndirmə Xidməti tərəfindən TOEFL iBT imtahanı keçiriləcək. İmtahan Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq. İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.

“Azəriqaz” rəhbərliyi növbəti dəfə canlı yayım edəcək. Yayım bu gün baş tutacaq. Feysbuk və instaqram üzərindən olacaq yayımda vətəndaşların sualları cavablandırılacaq.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda ilk Teatr Forumu keçirilir. Panel müzakirələri bu gün də davam edəcək.

Bu gün saat 16:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçiriləcək.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası bu gün baş tutacaq. İndiyədək iclaslarda əfvlə bağlı 1 400-dən məsələyə baxılıb.

Hesablama Palatasının 2022-ci ildəki fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub. hesabat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Müzakirələrdən sonra hesabatın Milli Məclisin plenar iclasına tövsiyə olunacağı gözlənilir.

Türkiyədə yerli və beynəlxalq seçki siyahılarının yekunlaşması ilə yerli seçicilərin səs verəcəyi yerlər və seçki qutuları bu gün müəyyənləşəcək.

G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri bu gün Vaşinqtonda görüşəcəklər. Bu barədə jurnalistlərə Yaponiyanın Maliyyə naziri Şuniçi Suzuki bildirib. Yerli və beynəlxalq seçki siyahılarının yekunlaşması ilə yerli seçicilərin səs verəcəyi yerlər və seçki qutuları aprelin 12-də müəyyənləşəcək.

FIFA referisi Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinal oyununa təyinat alıb. Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ə.Ağayev bu gün Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Olimpiakos” – AEK Athens qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. VAR hakimi isə Elçin Məsiyev olacaq.

Bu gün İstanbulda “Beşiktaş”la “Atletiko” (Madrid) arasında xeyriyyə oyunu keçiriləcək. Oyundan əldə ediləcək bütün gəlir qardaş ölkədə zəlzələdən zərər çəkən bölgələrə yönəldiləcək.“Türkiyə üçün birlikdə” şüarı altında təşkil olunan görüş aprelin 12-si, Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Oyun Türkiyənin NTV və “Star” kanalları vasitəsi ilə canlı yayımlanacaq.

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək. “Milan” digər İtaliya təmsilçisi “Napoli” ilə üz-üzə gələcək. “Real Madrid” isə “Çelsi”ni qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.