İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq. Yarışın son günündə norveçli Maqnus Karlsen hindistanlı Rameşbabu Praqnanandha ilə tay-brekdə üz-üzə gələcəklər. Ümumi hesab bərabərdir: 1-1

Bu gün Heydər Əliyev Sarayında “Türk serialları dünyası” adlı layihə təqdim ediləcək. Orkestrin ifasında “Möhtəşəm yüz il”, “Qara sevda”, “Çalıquşu”, “Çuxur”, “Min bir gecə”, “Hərcai” və başqa serialların musiqilər səsləndiriləcək. Qeyd edək ki, layihəni “BN Team Orchestra” simfonik orkestri təqdim edəcək.

Bu gün "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində səfərdə Sloveniya "Olimpiya"sı ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci matçını keçirəcək. Rəqib Estoniya millisi olacaq. İlk oyunda millimiz Bosniya və Hersoqovina millisi ilə qolsuz heç-heçəyə razılaşıb.

Bu gün Ermənistanda Avrasiya Hökumətlərarası Şurasının növbədənkənar sessiyası keçiriləcək. Xatırladaq ki, Avrasiya Hökumətlərarası Şurasının əvvəlki sessiyası Soçidə keçirilib. Avrasiya İqtisadi Birliyi ölkələrinin Baş nazirləri Avrasiya inteqrasiyası ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər. 

Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün bu gün Ermənistana səfər edəcək. 

ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinə müdaxilə etdiyi iddiası ilə mühakimə olunduğu iddia çərçivəsində bu gün Atlantada məhkəmə qarşısına çıxacağını açıqlayıb. 

Yaponiya bu gün zədələnmiş “Fukusima-1” AES-dən suyu boşaltmağa başlayacaq. Beynəlxalq Atom Enerjisi Agentliyi suyun boşaldılmasına dair ötən ay yekun icazə verərək, Yaponiyanın bu planının beynəlxalq standartlara uyğun olmasını bəyan etdikdən sonra bu mübahisəli qərar qəbul edilib. “Fukusima-1” AES-də “Advanced Liquid Processing System” adı ilə tanınan xüsusi sistemin köməyi ilə təmizlənən 1,3 milyon tondan çox su saxlanılır. Çünki 2011-ci ilin martında sahilboyunda güclü zəlzələdən sonra üç reaktor əriyərək sıradan çıxıb.