Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

İqtisadiyyat.az-ın məlumatına görə, 72 kq çəkidə güləşən Ülvü Qənizadə finalda fransalı İbrahim Qanemə xalların keyfiyyətinə görə (7:7) qalib gələrək Avropa çempionu oldu 

Qeyd edək ki, Həsrət Cəfərov da bu gün finalda rəqibinə qalib gələrək qızıl medal qazanmışdı.