Sosial Xidmətlər Agentliyin tabeliyində olan Paralimpiya İdman Kompleksinin mini futbol meydançasının qazon örtüyü dəyişdiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Agentlik qərar təsdiqləyib.

Qazon örtüyünü "Mac Construction" şirkəti dəyişəcək. 

Qazon örtüyünün dəyişdirilməsinə və digər ləvazimatların alınmasına 60.536,36 manat sərf olunacaq.