Britaniya Kral Hərbi Dəniz Qüvvələrinə məxsus HMS Spey gəmisi Şimali Koreya sahillərində patrul xidməti həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Jurnalı məlumat yayıb.

Bildirilir ki, patrullar BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyalarına dəstək məqsədilə həyata keçirilib.

Gəmi qeyri-qanuni dəniz fəaliyyətlərini, o cümlədən Yaponiya yaxınlığındakı sularda gəmidən-gəmiyə yüklərin daşınmasını izləyib.

2018-ci ildən bəri Kral Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi on ikinci dəfədir ki, belə fəaliyyətlə məşğul olur.