Britaniyanın pilotsuz təyyarəsi Meggitt BTT-3 Banshee Soçi sularında tapılıb. 

İqtisadiyyat.az bu barədə Mash Telegram kanalına istinadən məlumat yayır.

Nəşrin məlumatına görə, Soçi- Novorossiysk marşrutu ilə hərəkət edən təyyarənin ekipajı təyyarə tipli dronu müşahidə edib. Pilotsuz təyyarə sahildən təxminən beş kilometr aralıda Zubovaya Şçel kəndi yaxınlığında yerləşirilib. 

Pilotsuz uçan aparatın tapıldığı yerə təcili yardım xidmətləri gəlib. Onlar pilotsuz uçan aparatı sudan çıxarıblar - onun qanadları iki metr yarıma çatıb və ekspertizaya göndəriblər.

Xatırladaq ki, bundan əvvəl Belqorod vilayətində Bayraktar pilotsuz uçan aparatı vurulmuşdu. Rakityanski rayonunda İlek-Koşarı kəndi yaxınlığında təyyarə tipli pilotsuz nəqliyyat vasitəsi məhv edilib.