Böyük Britaniyanın hərbi büdcə kəsiri 17 milyard funt sterlinq (21,8 milyard dollar) təşkil edib ki, bu da son 12 ilin ən böyük göstəricisidir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Parlamentinin Büdcə Xərclərinə Nəzarət Komitəsi məlumat yayıb.

“Lakin proqnozlaşdırılan xərclər 65,7 milyard funt-sterlinq artaraq 305,5 milyard funt-sterlinqə yüksəldi. Müdafiə Nazirliyinin ehtiyacları ilə onları qarşılamaq üçün büdcə imkanları arasında 16,9 milyard funt-sterlinq boşluq yarandı. Bu, bütün 12 plan arasında əlçatanlıq baxımından ən böyük boşluqdur”, - deyə məlumatda qeyd olunur.