Böyük Britaniya ümid edir ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin dinamikasını saxlamaq mümkün olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Doçerti "Twitter" səhifəsində bildirib.

"Böyük Britaniya ümid edir ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin dinamikasını saxlamaq mümkün olacaq.

Bu gün səhər mən Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla bu barədə, həmçinin Böyük Britaniyanın regional rifah və təhlükəsizliyi necə dəstəkləyə biləcəyi barədə danışdım”, - o yazıb.