Qlobal istiləşmənin təsiri ilə İngiltərədə bu yay temperatur riskinin normadan iki dəfə yüksək olacağı proqnozlaşdırılır.

Bu ilin ən yüksək göstəriciləri iyunun 10-da Böyük Britaniyada 32,2 dərəcə ilə qeydə alınıb. Şotlandiya və İrlandiya da temperatur rekordlarını qırıb.

İqtisadiyyat.az-ın dünya mediasına istinadən verdiyi məlumata görə, iyun ayının orta göstəricidən daha isti keçməsi ehtimalı artır.

İyul və avqust ayları da daxil olmaqla yay dövrü üçün proqnozlaşdırılan temperaturun daha riskli olacağı bildirilir.

Qeyd edək ki, İngiltərədə ölkə miqyasında yağıntıların əvvəlki illərdəki kimi olacağı proqnozlaşdırılsa da, ölkənin şimalında yazın normadan daha quraq, cənubda isə yazın daha yağışlı keçəcəyi gözlənilir.