Böyük Britaniya və Türkiyənin əhatəli Azad Ticarət Sazişi bağlayacağına dair iddialardan sonra iki ölkə birgə açıqlama yayıb.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniya və Türkiyə müasir və hərtərəfli Azad Ticarət Sazişi üçün danışıqlara başlamaq barədə razılığa gəliblər.

Ticarət Nazirliyinin “Türkiyə-Birləşmiş Krallıq Azad Ticarət Sazişi üzrə Birgə Bəyanat” başlığı ilə verdiyi açıqlamada hər iki ölkənin əlaqələrini bu istiqamətdə qurmaqda qərarlı olduqları və danışıqlara başlamaq niyyətlərini təsdiqlədikləri bildirilib.

Qeyd olunub ki, cari ticarət sazişi 2020-ci ilin dekabrında bağlanıb və sazişdə icmal maddəsi hazırlanıb, ticarət əlaqələri nəzərdən keçirilib və ötən ildən başlayan araşdırmalar nəticəsində hər iki ölkə bu sazişin ticarət sahəsində effektli olacağı qənaətinə gəlib.