Böyük Britaniya hökuməti Ukraynaya kompensasiya ödənilənə qədər Rusiya Federasiyasına qarşı sanksiyaların saxlanmasına imkan verən qanun layihəsi təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Reuters agentliyi Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə istinadən məlumat yayıb:

"Ukraynanın yenidənqurma ehtiyacları çox böyükdür. Bu günkü fəaliyyətimizlə biz Böyük Britaniyanın sanksiyalara yanaşmasını gücləndiririk və bir daha təsdiq edirik ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiyalardan istifadə etməyə hazırdır".

Yeni tədbirlər, xüsusən də Britaniyanın sanksiyaları ilə dondurulmuş vəsaitləri Ukraynanın yenidən qurulmasına bağışlaya biləcəklərini göstərir.

Qeyd edək ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Böyük Britaniya 1500-dən çox Rusiya fiziki və hüquqi şəxsini qara siyahıya salıb və onların 18 milyard funt sterlinqdən (23 milyard dollar) çox aktivlərini dondurub.