Böyük Britaniya tarixin ən böyük dron partiyasını Kiyevə təhvil verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak yanvarın 12-də Kiyevə səfəri ərəfəsində bildirib.

"Bu, xarici dövlət tərəfindən Ukraynaya təhvil verilmiş ən böyük pilotsuz təyyarə partiyası olacaq və dronların əksəriyyəti Britaniyada hazırlanacaq", - deyə nazir vurğulayıb.

Bundan əlavə, Britaniya növbəti maliyyə ilində Ukraynaya hərbi yardımın həcmini 2,5 milyard funt-sterlinqə çatdırmaq qərarına gəlib ki, bu da əvvəlki iki ildən 200 milyon funt-sterlinq çoxdur.

 

Gözəl Həşimova