Böyük Britaniyanın biznes və ticarət naziri Kemi Badenok ölkəsinin Hind-Sakit okean ticarət blokuna qoşulması haqqında saziş imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Məlumata görə, Kemi Badenok Yeni Zelandiyada Trans-Sakit Okean Tərəfdaşlığı (CPTPP) üzrə Hərtərəfli və Proqressiv Sazişə qoşulmaq üçün protokol imzalayıb.

Bu, Böyük Britaniyanın Brexit-dən bəri ən böyük ticarət razılaşmasıdır. Bu, Böyük Britaniya ixracatçıları üçün ümumi daxili məhsulu (ÜDM) 12 trilyon funt sterlinq təşkil edən, qlobal ÜDM-in 15%-nə bərabər bir bazar deməkdir. 

Rəsmilər sazişin 2024-cü ilin ikinci yarısında qüvvəyə minəcəyini və bundan sonra Böyük Britaniyanın blokun səsvermə hüququna malik üzvü olacağını bildiriblər.