BRİKS qrupu (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) 6 yeni üzvlə - Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya ilə birlikdə qlobal neft ehtiyatlarının 44,35%-ni təşkil edəcək.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, BRİKS ölkələrinin payına 48,5 milyon milyon kv/km ərazi düşür ki, bu da dünya ərazisinin 36%-ni təşkil edir. Bu da "G7"nin ərazisindən 2 dəfə çoxdur. Eyni zamanda, qrupun ümumi əhalisi 3,6 milyard nəfər olacaq ki, bu da dünya əhalisinin 45%-ə bərabərdir.

 

Gözəl Həşimova