"London meri Sadiq Xan bəyan edib ki, "Brexit" Britaniya iqtisadiyyatına 140 milyard funt-sterlinq (178 milyard dollar) ziyan vurub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Brexit"in qərarının işləmədiyi aydındır. Bu qərar bizim iqtisadiyyatımızı aşağı sürükləyir", - Xan deyib.

Qeyd edilib ki, "Brexit" iqtisadiyyatın ölçüsünü 2-3% azaldıb və təsirin 2035-ci ilə qədər 5-6% olacağı gözlənilir.