Braziliyada koronavirus xəstələrinin sayı son sutkada 42 min nəfərdən çox artıb.

Bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, ötən sutkada COVID-19-a 42 619 yoluxma aşkarlanıb. Bununla da Cənubi Amerika ölkəsində koronavirus xəstələrinin sayı 1 755 779nəfərə yüksəlib.

Ötən gün Braziliyada 1 220 nəfər təhlükəli infeksiyadan ölüb. Beləliklə ölkədə pandemiya qurbanlarının sayı 69 184nəfərə çatıb.

Nazirliyin məlumatına görə, virusa yoluxmuş 1 milyondan çox insan sağalıb. Braziliya dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ikinci yerdədir. Siyahıda birinci yerdə ABŞ qərarlaşıb.report