Braziliyada yeni növ koronavirus səbəbilə ölən və yoluxanların sayı artıb.
Yeniavaz.com "worldometers"ə istinadla xəbər verir ki, Braziliyada son sutka ərzində 1 209 nədər COVİD-10-dan dünyasını dəyişib, 31 min 475 nəfər isə həmin xəstəliyə yoluxub. Braziliyanın Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamaya görə, son 3 gün ölkədə koronavirusdan ölənlərin sayı mindən aşağı düşmür.
Qeyd edək ki, bu günə qədər Braziliyada 46 min 665 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib, 960 min 309 nəfər həmin xəstəliyə youxub, 503 min 507 nəfər isə sağalaraq evə buraxılıb. Məlumat üçün deyək ki, Braziliya koronavirusdan ölüm sayına görə dünyada ikinci yerdədir.