Braziliyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artdı.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, son sutka ərzində Braziliyada 727 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib, 25 min 234 nəfər isə həmin virusa yoluxub. Nəticədə, ölkədə ölənlərin sayı 58 min 762-yə, yoluxanların sayı isə 1 milyon 370 min 488-ı çatıb. 757 min 462 nəfər isə müalicə edilərək sağaldılıb.
Qeyd edək ki, bu günə qədər dünyada 10 milyon 412 min 421 nəfər yeni növ koronavirusa yoluxub, 508 min 228 min həmin xəstəlikdən dünyasını dəyişib.