Braziliyada son bir gündə koronavirusa yoluxma hallarının sayı 45 mindən çox artıb.

Bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə infeksiyaya yoluxma hallarının ümumi sayı 2 012 151-ə çatıb. Son 24 saat ərzində virusa 45 403 yoluxma aşkar edilib.

Cənubi Amerika ölkəsində virusdan ümumilikdə 76 688 insan ölüb. Son sutkada daha 1 322 insan pandemiyanın qurbanı olub.

Braziliya koronavirusa yoluxanların sayına görə dünyada ikinci yeri tutur. Ölkə eləcə də COVID-19 qurbanlarının sayına görə dünyada yalnız ABŞ-dan geri qalır.report