Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 49 min 298  nəfər olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son sutkada ölkədə daha 1 212 nəfər ölüb. Bununla ümumi ölüm sayı 111 min nəfərə yüksəlib. Braziliyada infeksiyanın yayılmasının bütün vaxtı ərzində koronavirusa 3 456 652 yoluxma aşkar edilib.   

Qeyd edək ki, Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.report