Braziliyada koronavirusa yoluxanların sayı yenidən artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bildirilib ki, son sutkada 39 924 nəfərin COVID-19 testi müsbət olub. Bununla da infeksiyaya yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 1 966 748-ə çatıb. Ölkədə virusa  yoluxmuş ümumilikdə 75 366 pasiyent ölüb, son 24 saat ərzində daha 1 233 nəfər pandemiyanın qurbanı olub.

Nazirlik qeyd edib ki, ölkədə 1,2 milyondan çox pasiyent sağalıb.

Braziliya koronavirusa yoluxanların sayına görə dünyada ikinci yeri tutur. Ölkə eləcə də COVID-19 qurbanlarının sayına görə dünyada yalnız ABŞ-dan geri qalır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.report