Braziliya prezidenti Luiz İnasio Lula da Silva BRİCS qrupu ilə Yeddilik qrupuna (G7) daxil olan inkişaf etmiş ölkələri görüşə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə Yohannesburqda keçirilən BRİCS sammitindən sonra mətbuat konfransında danışıb.

"Kim bilir, bəlkə bir gün BRİCS bloku və G7 bloku olaraq bir araya gələcəyik. Ticarət, elmi-texniki tərəqqi və demokratiyanı müzakirə etmək üçün əla görüş olardı", - Silva qeyd edib.