Braziliyada koronavirusa yoluxanların sayı 85 330 nəfərə çatıb.

“İzvestiya” xəbər verir ki, bu göstəriciyə görə ölkə 82 862 yoluxan insana sahib olan Çini geridə qoyub.

Qeyd edək ki, Braziliya xəstəlikdən ölənlərin sayına görə də şərq ölkəsini ötüb.

Çində 4,6 min insan öldüyü halda, Braziliyada bu göstərici təxminən altı minə bərabərdir.