Britaniyanın enerji şirkəti "British Petroleum"un (BP) baş icraçı direktoru Bernard Luni istefa verdiyini açıqlayıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə şirkət bəyanat yayıb.

Bəyanata görə, şirkətin baş direktoru Bernard Luni həmkarları ilə şəxsi münasibətləri ilə bağlı iddialardan sonra istefa vermək qərarına gəlib:

"Şirkətin mənəvi dəyərləri var və şirkətdəki hər kəsin bu dəyərlərə uyğun hərəkət etməsi tələb olunur Xüsusilə də liderlərdən nümunəvi addımlar və sağlam düşüncədə olması gözlənilir". 

Qeyd edək ki, şirkətin Baş Maliyyə Direktoru (CFO) Murray Aukinklos müvəqqəti olaraq baş icraçı direktor vəzifəsini idarə edəcək.

Gülşən Şərif