ABŞ-ın Texas ştatının sakini cekpot qazanıb. Amma uduşu götürməyə gecikib.

Bizimyol.info xəbər verir ki, Steyşn şəhərində yaşayan kişinin “QuickPick” lotereyasında bəxti gətirib. Altı rəqəmi düzgün tapan texaslı 2 milyon dollar udub. Qəribədir ki, o, uduş üçün lotereya komissiyasına vaxtında müraciət etməyib.

Komissiyadan deyirlər ki, pulu uzağı aprelin 25-də götürmək lazım idi. Amma qalib təyinat yerinə yaxınlaşmayıb. 1 milyon dollar udan başqa bir adam isə vaxtın bitməsinə bir neçə saat qalmış uduşu götürüb.

Pulun taleyi müəyyənləşib. 2 milyon dollar ştatın inkişafına sərf olunacaq.