Antalya Böyük Dəbilqə turniri start götürdü

İqtisadiyyat.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə 5 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxacaq. 

Kişilər arasında -60 kq. çəkidə Kəramət Hüseynov və Nazir Talıbov, -66 kq. çəkidə Orxan Səfərov və Yaşar Nəcəfov medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə -48 kq. çəkidə Leyla Əliyeva və Könül Əliyeva, -52 kq. çəkidə Gültac Məmmədəliyeva, -57 kq. çəkidə Fidan Əlizadə güclərini sınayacaq.