"HƏMAS yaraqlıları dini zəmində dünya qarşıdurmasını qızışdırmaq istəyirlər. İsrail hakimiyyəti onlarla mübarizə apararkən bunu nəzərə almalıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "Sky News" telekanalına müsahibəsində bildirib.

"Həmas münaqişəni daha böyük ərəb-İsrail müharibəsinə və ya müsəlmanlarla dünyanın qalan hissəsi arasında müharibəyə çevirmək istəyir. Buna görə də mülki fələstinlilərin itkisindən qaçmaq İsrailin maraqlarına uyğundur", - diplomat qeyd edib.

İsrailin Qəzza zolağında quru əməliyyatına başlamasının mümkün vaxtı barədə danışan Kleverli bu məsələ ilə bağlı dəqiq məlumata malik olmadığını bildirib. Eyni zamanda, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, İsrail hakimiyyəti hərbi əməliyyatlar apararkən beynəlxalq hüquq normalarına riayət etmək barədə öhdəlik götürüb.