Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson jurnalistikaya qayıdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, ölkənin məşhur “Daily Mail” qəzetində köşə yazarı olacaq.

Qeyd edək ki, o, 2019-cu ildən 2022-ci ilə kimi ölkənin baş naziri olub.

Xatırladaq ki, B.Conson siyasətə gəlməzdən əvvəl jurnalistika ilə məşğul olub.