Bolqarıstanın baş naziri Nikolay Denkov istefa məktubunu parlament ofisinə təqdim edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BTV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, baş nazirin bəyanatı parlament aparatına daxil olub. Hökumət başçısı rəsmi bəyanatla saat 19:00-da (Bakı vaxtı ilə 21:00) çıxış edəcək.

Bundan əvvəl hökumət başçısı martın 6-da istefasını rəsmən elan edəcəyini bildirmişdi.