Bolqarıstan Ukraynaya Rusiya istehsalı olan 100 ədəd “köhnə, lakin heç istifadə olunmayan” zirehli hərbi maşın göndərəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərarı Parlament təsdiq edib.

Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB), Dəyişikliyə Davam Edən (PP), Demokratik Bolqarıstan (DB) və üzvlərinin əksəriyyəti türk və müsəlmanlardan ibarət olan Hüquq və Azadlıqlar Hərəkatı (HÖH) və hakim koalisiyanı meydana gətirən Belə Bir Xalq Var (İTN) partiyaları sözügedən təklifi dəstəkləyib.

Rusiya-Ukrayna müharibəsində Rusiyaya dəstək verən Bolqarıstan Sosialist Partiyası (BSP) və Dirçəliş Partiyası qərara qarşı çıxıb. Hər iki tərəfin nümayəndələri Ukraynaya silah göndərilməsinin müharibənin uzanmasına səbəb olduğunu iddia edirlər.

Baş nazir Nikolay Denkov da 1980-ci illərdən Bolqarıstanda anqarlarda gözləyən Rusiya istehsalı olan zirehli hərbi maşınların Ukraynaya çatdırılmasını dəstəkləyib.