Bolqarıstan hökuməti ölkə parlamentinin qərarı əsasında Ukraynaya silah çeşidi, əsasən yüngül atıcı silahlar və sursatlar barədə razılığa gəlib. Bu barədə cümə günü jurnalistlərə ölkənin texniki hökumətinin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov məlumat verib:

"Parlamentin əvvəllər qəbul etdiyi qərara əsasən, biz Ukraynaya yardım edəcəyik. Amma bəli, tanklar olmayacaq. Söhbət atıcı silahlardan və bəzi döyüş sursatlarından gedir. İmkanımız çatan qədər kömək edəcəyik".

Nazir dəqiqləşdirib ki, hökumətin qərarı ölkə parlamenti tərəfindən təsdiqlənməlidir.