ABŞ-ın təyayrə istehsalçısı Boeing, Efiopiya və İndoneziyadakı 737 MAX qəzalarında həyatını iirən 346 adamın ailələrinə 50 milyon dollar ödəyəcək.

Boeing-in ən çox satılan modeli 737 MAX, oktyabr ayında İndoneziyada Lion Havayolları uçuşunda yaşanan qəzadan sonra mart ayında Efiopiya Havayolları uçuşunda qəza törətmiş və ümumilikdə 346 adamın ölümünə səbəb olmuşdu.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, qəzalardan sonra başlanan araşdırmanın 17 iyul 2019 tarixindəki hissəsində, hər iki qəzada həyatını itirənlərin ailələri iştirak edib. Bir-birinə dəstək olaraq acılarını paylaşmağa çalışan ailələr, üzərində itirdikləri ailə üzvlərinin fotoları olan posterlər ilə məhkəmə zalına giriblər. İndoneziya qəzasında 8 nəfərlik təyyarə əməkdaşı və 181 sərnişinin hamısı, Efiopiyada isə 8 əməkdaş və 157 sərnişin həyatını itirmişdi.

Dünyanın ən böyük təyyarə istehsalçısı Boeing tərəfindən işə alınan təzminat mütəxəssisi Ken Feinberg, istehsalçının həyatını itirənlərin ailələrinə 50 milyon dollar ödəyəcəyini bildirib.

Qeyd edək ki, Feinberg, mart ayında yerə düşən və Efiopiya Havayollarına aid olan 737 MAX təyyarəsində 3 uşağını, həyat yoldaşını və qayınatasını itirən Paul Njorogenin ABŞ Təmsilçilər Məclisində verdiyi sarsıdıcı çıxışından sonra işə alınıb.

 

Mehman Nəbiyev