Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası süni intellektin beynəlxalq sülh və təhlükəsizliyə təsirlərini müzakirə etmək üçün ilk dəfə iclas keçirib.

İqtisadiyyat.az xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı binasında keçirilən sessiyaya Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli sədrlik edib.

BMT-nin Baş katibi Antonio Quterreşin 6 il əvvəl BMT Baş Assambleyasında süni intellektin davamlı inkişafın, iş həyatının və cəmiyyətin bütün sahələrinə təsir edəcəyi barədə xəbərdarlıq etdiyini xatırladılıb: “Ancaq hər kəs kimi süni intellektin ən yeni forması məni təəccübləndirdi və təsirləndi. Onun sürəti və yenilikləri əvvəllər heç vaxt görülməmişdir”.

Zaman zaman süni intellektin mətbəənin ortaya çıxması ilə müqayisə edildiyinə diqqət çəkən Quterreş deyib: “Çap kitablarının Avropada geniş yayılması 50 il sürdüyü halda, ChatGPT tətbiqinin 100 milyon istifadəçiyə çatması cəmi iki ay çəkdi".