Birləşmiş Millətlər Təşkilatı taxıl sazişinin həyata keçirilməsi üçün bütün maneələri aradan qaldırmağa çağırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Rozmari DiKarlo qurumun Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT Rusiyanın ərzaq və gübrə ixracını dəstəkləməyə tam sadiqdir: "Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsində ləngimə bizi məyus edir. Humanitar dəhliz vasitəsilə ərzaq ixracı isə azalıb".